Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"BMW", "Honda" və "Chevrolet" toqquşdular: 4 ölü - VİDEO

Tarix: 12 Avqust 2022 20:32

Rusiyada Krasnoyarsk diyarının Berezovski rayonunda "BMW," "Honda" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisdən verilən məlumata görə, qəza Şimal magistralının 24-cü kilometrliyində baş verib. Qəza nəticəsində "Honda" markalı avtomobilin 3 sərnişini və sürücüsü dünyasını dəyişib. "Chevrolet"in sahibi xəstəxanaya çatdırılıb. Hadisə yerində olan yol polisi əməkdaşları qəzanın baş vermə şəraitini müəyyənləşdirirlər.

Qəza anı "Krasnoyarsk Fövqəladə Hallar" Telegram kanalında yerləşdirilib. Videoda görünüb ki, avtomobillərdən biri ötmə zamanı sağ tərəfi ilə öz zolağında olan avtomobilə toxunub, bundan sonra qarşıdan gələn zolağa çıxaraq digər nəqliyyat vasitəsi ilə toqquşub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  BMW Honda Chevrolet toqquşdular 4 ölü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ