Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əvvəl necə idi, indi necədir... - VİDEO

Əvvəl necə idi, indi necədir... - VİDEO

Tarix: 13 Avqust 2022 15:38

Xəzər dənizinin Neftçala rayon ərazisində olan sahili baxımsız vəziyyətdə qalıb. Kürün dənizə qovuşduğu ərazilər tullantıların atıldığı yerə çevrilib. Halbukı buralar bir vaxtlar çimərlik olub.

Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, heyvan qalıqları ,tullanmış əşyalar - bura Xəzər dənizinin Neftçala rayon ərazisindəki sahilidir.

Bəlkə də gənc neftçalalıların çoxu bilmir ki, Xəzər dənizinin sözügedən sahilləri vaxtilə çoxlarının sevimli istirahət mərkəzi olub. Bu istirahət mərkəzində böyüklərlə yanaşı  kiçiklər üçün də istirahət etmək üçün gözəl məkanlar fəaliyyət göstərib. Söhbət Yeniqışlaq ərazi vahidliyindən gedir. İndi isə burada tam bir baxımsızlıq hökm sürür.

Sakinlər deyir ki, əvvəllər istirahər etmək üçün başqa məkanlara üz tutmağa ehtiyac yox idi. İndi isə ərazidə mal cəsədinə, balıqçı toruna, necə deyərlər- çeşid-çeşid məişət tullantılarına rast gəlmək mümkündür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, tullantıların idarə olunması yerli icra hakimiyyəti orqanları və özünüidarəetmə  tərəfindən həyata keçirilir. Yeniqışlaq kənd bələdiyyəsindən isə deyiblər ki, mövcud probləmdən xəbərdardırlar. İnzibati ərazidə mütəmadi olaraq təmizlik işləri  görülür. Yaxın günlərdə sözügedən ərazi yenidən məişət tullantılarından tamamilə təmizlənəcək.


Etiketlər:  Əvvəl necə indi necədir VİDEO


RƏYLƏR