Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 11:08
Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorludan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonunun Tircan kəndində və Ağdam rayonunun Qaradağlı kəndində bələdiyyəyə məxsus torpaq sahələrində meşə fonduna daxil olmayan, həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyində meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 40-dan çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə ümumilikdə 6 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.