Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 17:22
"TikTok" proqrama mətn əsasında şəkil yarada bilən süni intellekt aləti əlavə edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yeni effekt "AI greenscreen" adlanır.
Ondan istifadə üçün istədiyiniz şəklin təsvirini mətn formasında yazmalı və proqramın onu yaratmasını gözləməlisiniz.
"TikTok" tərəfindən yaradılan şəkillər video fon kimi istifadə edilə bilər.
Proqram abstrakt təsvirlər təqdim etsə də, açıq şəkildə erotik və ya zorakı görüntülər yaratmır.