Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 12:54
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 400 ABŞ dollarından aşağı enib.
Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, 16 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 345 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1% çoxdur.
Qeyd edək ki, dünən gün ərzində hərraclar zamanı Avropada qazın qiyməti 2 600 dolları keçib.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.