Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - FOTO

İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Tarix: 20 Avqust 2022 10:39

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.


Etiketlər:  İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ