Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

114 kiloqram arıqlamaq mümkün imiş... - Bu kişi kök insanlara motivasiya verir

114 kiloqram arıqlamaq mümkün imiş... - Bu kişi kök insanlara motivasiya verir

Tarix: 21 Avqust 2022 03:06

41 yaşlı britaniyalı Nil Skurra 114 kiloqram arıqlayıb, fərdi məşqçi olub və indi başqa insanlara arıqlamağa kömək edir.

Sonxeber.net bildirir ki, bu barədə "İndependent" məlumat yayıb.

Skurra atasının ölümündən sonra yeməkdə təsəlli tapdığı zaman uşaqlıqda kökəlməyə başladığını deyib. Uzun illər sonra onun çəkisi 233 kiloqrama çatıb, o, 6XL paltar geyinməli olub, belinin eni isə 152 santimetr olub. "Dəfələrlə arıqlamağa çalışdım, amma həmişə uğursuz oldum. Öz-özümə dedim ki, bu dəfə hər şeyi fərqli edəcəyəm", - o deyib.

Arıqlamaq üçün Skurra mütəmadi olaraq gəzintilərə çıxmağa başlayıb, eyni zamanda istehlak edilən qidanın enerji dəyərini gündə 2,5 min kilokaloriyaya qədər azaldıb. O, yemək vərdişlərini də dəyişib: səhər yeməyi üçün kərə yağı ilə çörək yerinə, giləmeyvə və qranola ilə yunan qatığı yeməyə başlayıb, qeyri-sağlam fast food-u isə toyuq döşü və təzə tərəvəzlərlə əvəz edib.

Dörd il ərzində Skurra çəkisinin yarısını itirib. Onun beli 96 santimetrə, geyim ölçüsü isə XL-ə endirilib. Kişi TikTok sosial şəbəkəsində hesab açıb, burada arıqlamaq hekayəsini və aşağı kalorili qidalarını 160 minlik auditoriya ilə bölüşüb.

2021-ci ildə Scurra fərdi məşqçi və arıqlama mütəxəssisi olub. Bir il işlədiyi müddətdə kişi yüzlərlə insana arıqlamağa kömək edə bilib.

İrfan Vəliyev


Etiketlər:  kiloqram arıqlamaq mümkün imiş kişi kök insanlara motivasiya verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ