Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 16:20
Ulduz uşaqların heç də hamısı beşikdən dəbdəbəli həyata öyrəşmir.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, kimsə valideynlərinin maddi köməyinə arxalanmayaraq, təkbaşına maddi nemətlərə nail olmalıdır.
Stinq
Hazırda sərvəti yarım milyard dollara yaxın qiymətləndirilən musiqiçi karyerasına heç kimin köməyi və dəstəyi olmadan başlayıb. Stinq övladları üçün də eyni yolu seçib.
Müsahibərinin birində o, altı vərəsəsinə milyonlarla pul qoymağı planlaşdırmadığını, buna görə də onların öz başlarına maliyyə uğuru və firavanlıq əldə etməli olacaqlarını söyləyib.
50 Cent
Musiqiçi və onun Markiz adlı böyük varisi arasında münasibətlər heç vaxt sadə olmayıb. Məşhurun oğlu 2012-ci ildən, ikinci oğlu Ser Ceksonun doğulduğu vaxtdan bəri atasının onunla demək olar ki, ünsiyyət qurmadığını bir neçə dəfə ictimaiyyətə açıqlayıb.
Əvvəllər 50 Cent hətta atalığını şübhə altına alırdı. Sosial şəbəkələrdə qohumlar bir neçə dəfə mübahisə edib və nəticədə reper Markizanı varislər siyahısından, sadəcə silib.
Saymon Kouell
Yarım milyard dollarlıq sərvətə sahib olan The X Factor istedad şousunun daimi hakimi bir müddət əvvəl ilk dəfə ata olub. İndi Saymonun 60, oğlu Erikin isə 6 yaşı var.
Müsahibələrinin birində Saymon uşağa pul vermək fikrində olmadığını, əksinə, ona həyatda özünü dərk etməyə imkan verəcək bilik və imkanlar verəcəyini etiraf edib.
Qordon Ramzi
Məşhur aşpaz və şoumen Qordon Ramzi xarizması və kulinariya istedadı sayəsində təxminən 200 milyon dollar qazanıb, lakin onun dörd varisinə pul çatmayacaq.
Qordon var-dövlətini onlarla insan və heyvanın həyatını xilas edəcək xeyriyyə fondlarına buraxmağı planlaşdırır, lakin uşaqlar da Qordonun özü kimi təkbaşına çörək qazanmalı və sıfırdan karyera qurmalı olacaqlar.