Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 19:14
Fərdi sahibkar istifadə etdiyi nəqliyyat vasitəsinə görə əmlak vergisini hansı büdcəyə ödəməlidir? Bəyannamə verilməlidirmi?
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilir. Buna əsasən, fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilən nəqliyyat vasitəsinə görə əmlak vergisi dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir.
Bununla yanaşı, mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəlirləriniz 200 min manatdan, işçi sayı 10 nəfərdən çox olmadığı halda) Vergi Məcəlləsinin müvafiq maddəsinin müddəalarına uyğun olaraq, əmlak vergisi üzrə vergi öhdəlikləri yaranmır. Belə ki, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla).