Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ürəyim istəyən geyimi alıram"

Tarix: 22 Avqust 2022 09:40

"Özümə qoyduğum hörmətdi ki, hər zaman yaxşı görünmək istəyirəm. Vacib şeyləri qoyub, pulumu geyimlərimə xərcləmirəm. Qızımın təhsilindən, yaşayış tərzimizdən artıq qalan pulla ürəyim istəyən geyimi alıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "Sözbaz" proqramına açıqlamasında deyib. Sənətçi qazancından danışıb:  

"Özgüvənim çoxdur. Heç vaxt kiməsə baxıb, həsəd aparmamışam. Bu həyatda özümdən başqa heç kimə nə güvənim, nə də etibarım var. İnsanlardan hər şey gözləmək olur. Atdığın addımı elə atmalısan ki, sonra peşman olmayasan".

Milli.Az


Etiketlər:  Ürəyim istəyən geyimi alıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ