Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya

Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya

Tarix: 23 Avqust 2022 21:45

Kanada 62 Rusiya vətəndaşına, o cümlədən ölkənin 27 regionunun qubernatorlarına qarşı sanksiya tətbiq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənəd Kanada hökumətinin saytında dərc olunub.

Qubernatorlardan başqa, Kanadanın sanksiyalar siyahısına Rusiyanın müdafiə sənayesi sektorunun müəssisələri, o cümlədən "Rostex", "Almaz-Antey", "Kalaşnikov" kimi müəssisələrin rəhbərliyinin adları da daxildir.

Qeyd edək ki, Ottava Rusiyanı beynəlxalq sülh və təhlükəsizliyi ciddi surətdə pozmaqda təqsirləndirir.

Milli.Az


Etiketlər:  Kanadadan 62 Rusiya vətəndaşına qarşı sanksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ