Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Duqin Türkiyənin və mənim dostumdur, başsağlığı verirəm''

''Duqin Türkiyənin və mənim dostumdur, başsağlığı verirəm''

Tarix: 24 Avqust 2022 16:10

Türkiyə prezidentinə yaxın iş adamı: "Hər nə olursa-olsun, heç bir halda insan öldürülməz, bu əməlin qarşılığı cəhənnəmdir" 

Rusiyanın ictimai xadimi, tanınmış filosof Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinaya qarşı terror olayı dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Darya Duqinanın avtomobilinə 400 qram trotil ekvivalentində partlayıcı qurğu yerləşdirilib. Partlayış nəticəsində Darya Duqina həlak olub.

Sonxeber.net bildirir ki, baş vermiş olayla bağlı Aleksandr Duqinin yaxın dostu, Türkiyənin tanınmış iş adamı, prezident Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu "Yeni Müsavat"a açıqlama verib.

Mehmet Mutlu deyib ki, Aleksandr Duqinin qızı Darya xaincə planlanmış bir terror nəticəsində qətlə yetirilib: "Mən öncəliklə dostum Duqinə, onun ailəsinə səbir diləyir, Daryanın məkanı cənnət olsun deyirəm. Əsla qəbul edilməz bir olay baş verdi, gənc bir qızı qətlə yetirdilər. Bunun izahı yoxdur. Hər nə olursa-olsun, heç bir halda insan öldürülməz, bu əməlin qarşılığı cəhənnəmdir. Hörmətli Duqin çox yaxşı insandır, dindar biridir, çox yaxşı ailə başçısıdır. Hər nə olursa- olsun bu cinayət əsla qəbul edilməz. Yəni "Duqinin qüsurları vardı, o belə söyləmişdi, belə etmişdi" səbəblərindən dolayı günahsız bir insan olan qızının öldürülməsinə əsla heç bir din bəraət verməz". 

"Duqin Türkiyəyə yönəlik terror cinayətləri barədə bizləri öncədən xəbərdar edib"

Mehmet Mutlu deyib ki, Aleksandr Duqinlə uzun illərdir ki, tanışdırlar: "Türkiyəyə yönəlik bir çox terror cinayətləri ilə bağlı bizləri öncədən xəbərdar etmiş, bilgiləndirmişdi. "Diqqətli olun, belə bir təhlükə ola bilər", deyə bizi məlumatlandırmışdı. Bu vəsilə ilə hörmətli Duqinlə olan dostluğumuz daha da güclənmişdi. Aleksandr Duqin bir rus millətçisidir və Avrasya ölkələrini çox gözəl tanıyan, Türkiyə ilə dostluğun daha önə çəkilməsi gərəkliyini söyləyən bir insandır. Ayrıca hər zaman Rusiya, Türkiyə və Azərbaycanın çox önəmli bir üçbucaq dövlətlər olduğunu söyləyib. Dünyada sülh və barışa bu üç ölkənin qatqıları çox olacaqdır deyib, bir neçə dəfə bu fikri söyləməklə təkrar edib. Təbii ki, hər millətçi, hər milli fikir adamı ölkəsi ilə bağlı başqa ölkələrə xoş olmayan sözlər qura bilər. Fəqət, burada önəmli olan əlaqəli bir hərəkətin olmamasıdır.

Duqinə qarşı olanlar xain terrorla Darya qızımızı öldürməməliydilər. Bu bir insanlıq günahıdır, hesab edin ki, bütün insanlıq öldürülüb. Bunu edənlər insanlıqdan çıxıblar. Mən təkrar olaraq dostum Duqin ailəsinə və onları sevənlərə səbir diləyirəm. Allah hamımızı pisliklərdən qorusun".


Etiketlər:  Duqin Türkiyənin mənim dostumdur başsağlığı verirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ