Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstan Prezidenti: Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük

Qazaxıstan Prezidenti: Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük

Tarix: 24 Avqust 2022 19:30

Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatında ifadə edib.

Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazır olduğunu deyən Kasım-Jomart Tokayev bildirib ki, bu gün onların hədiyyəsinin təqdimatı keçirildi və gələn ilin sonunadək Füzuli şəhərində Kurmanqazı adına incəsənət məktəbi tikiləcək.

Milli.Az


Etiketlər:  Qazaxıstan Prezidenti Qarabağın Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük


RƏYLƏR