Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zabuxa qayıdanda torpağı öpəcəyəm” - VİDEO

“Zabuxa qayıdanda torpağı öpəcəyəm” - VİDEO

Tarix: 25 Avqust 2022 13:32

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elbrus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.

"Zabuxa qayıdanda birinci dizimi yerə qoyub torpaqdan öpərəm", - deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir:

"İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyirlər ki, biz 30 ildir, burada məskunlaşmışıq. Niyə soruşan yoxdur ki, burada 80, 100, 110 il yaşayan azərbaycanlılar haradadırlar?!"

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.


Etiketlər:  Zabuxa qayıdanda torpağı öpəcəyəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ