Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 20:56
"Portu”nun qapıçısı İker Kasilyas məşq zamanı infarkt keçirib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sinəsində kəskin ağrı hiss edən 37 yaşlı qolkiperin halı pisləşib. Xəstəxanaya aparılan Kasilyasa kiçik cərrahi müdaxilə edilib. Onun hazırda həyati təhlükəsinin olmadığı bildirilib.
İspan qapıçının bu mövsüm daha oynamayacağı qeyd olunub.