Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ilə Bayden arasında telefon danışığı olub

Zelenski ilə Bayden arasında telefon danışığı olub

Tarix: 25 Avqust 2022 23:54

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Tvitterdə yazıb.

"Baydenə Ukrayna xalqına maddi və hərbi dəstəyə görə təşəkkür etdim. Ukraynanın qələbə üçün atmalı olduğu növbətti addımları müzakirə etdik" - deyə Zelenski bildirib.

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə növbəti hərbi yardım tranşını müzakirə edib.

Bu barədə AĞ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.

Sözçü bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım tranşını və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.


Etiketlər:  Zelenski ilə Bayden arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ