Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 09:10
Müğənni Yıldız Tilbe sosial media hesabından həmkarı Gülşənin həbsinə reaksiya verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Tilbe Gülşənin azadlığa buraxılmasını da tələb edib.
O, Gülşənin azadlığa buraxılması üçün "Twitter"də açılan etiketə dəstək verib.
Tilbe həbsin düzgün olmadığını bildirib və sənətçilərin qanuni toxunulmaz elan edilməsini istəyib.
"Hər kəs yanlış sözlərinə görə həbs edilsəydi, ölkədə adam qalmazdı. Dostları ilə zarafatlaşarkən işlətdiyi sözlərə həbs edilməsi qanuni ola bilməz. Qanunlardan hara şikayət edəcəyik? Qanunlar bizi əzməsin, bizi qorusun", - deyə sənətçi bildirib.
"Sənət adamları hüquqi cəhətdən toxunulmaz elan edilsin. Sənətçilər dünya zibilxanasında bir parıltıdır, qara dənizləri aydınladan Ay işıqlarıdır. Onların həyatına hər dəfə müxtəlif bəhanələrlə müdaxilə edilməsin", - deyə o, əlavə edib.
Yıldız Tilbenin paylaşımları qısa zamanda sosial mediada böyük əks-səda yaradıb.