Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 10:14
Fransanın "Nant" klubunun erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la matç üçün Azərbaycana gəlməyəcək.
Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.