Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 16:14
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe həbs olunan həmkarı Gülşenə dəstək olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bununla bağlı o, tvitterdə paylaşım edib.
"Hər kəs dediyi yanlış sözə görə tutulsa, məmləkətdə adam qalmaz. Hər qurum və məktəbdən manyak da çıxıb, alim də. Gülşenə gələnə qədər nələr var, nələr. Parlament saxlanılmalıdır. Orada hər şeyə bütün dəyərlərə həqarət edirlər. Həm də qanuni şəkildə".