Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qatil 34 il sonra zərfdəki tüpürcəyi ilə tapıldı - FOTO

Qatil 34 il sonra zərfdəki tüpürcəyi ilə tapıldı - FOTO

Tarix: 28 Avqust 2022 17:36

1988-ci ildə Pensilvaniya ştatının Ridinq şəhəri yaxınlığındakı meşəlik ərazidə 26 yaşlı Anna Keynin boynunda kəndir olan meyiti tapılır. Araşdırma zamanı məlum olur ki, o, başqa yerdə boğularaq öldürülüb və bu meşəyə atılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yerli "Reading Eagle" qəzeti Keynin ölümü ilə bağlı xəbəri manşetində dərc edir.

Bu hadisədən 15 ay sonra - 1990-cı ilin fevralında isə həmin redaksiyaya "maraqlı vətəndaş"dan yalnız qatilin biləcəyi məlumatın yazıldığı anonim məktub gəlir.

Ancaq məktub yazan şəxs bir səhv buraxır: zərfi bağlayanda yalayır, bununla da kağızın üzərinə DNT-sini qoyur.

Ötən həftə hüquq mühafizəçiləri tüpürcəkdən götürülən DNT-nin Keynin paltarında tapılan biomaterialla uyğun olduğunu müəyyən edirlər.

Bundan sonra Pensilvaniya Ştat Polisi qatili müəyyən etmək üçün genetik şəcərədən istifadə edir. Nəticədə tüpürcəyin Skott Qrim adlı yerli sakinə aid olduğu öyrənilir.

Mərhumun qızı illər sonra olsa da bəzi suallara cavab tapdığını, ancaq işin açılmasını görməyən nənəsi üçün kədərləndiyini bildirib.


Etiketlər:  Qatil sonra zərfdəki tüpürcəyi ilə tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ