Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski gizli iclas keçirdi

Zelenski gizli iclas keçirdi

Tarix: 28 Avqust 2022 23:06

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə qapalı rejimdə görüş keçirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda Ukrayna Silahlı Qüvvələrin, kəşfiyyat orqanlarının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və digər müdafiə qüvvələrinin rəhbərləri iştirak ediblər.

Qapalı görüş zamanı müdafiə idarələrinin rəhbərləri cəbhədəki əməliyyat şəraiti barədə məlumatları dinləyib, müzakirə edib, təhlükəsizlik və müdafiənin digər məsələlərini nəzərdən keçirib, həmçinin Zelenskinin əvvəlki sərəncamlarının icra vəziyyətini müzakirə ediblər.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.


Etiketlər:  Zelenski gizli iclas keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ