Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz pulu ödəməyə gücü çatmayan fransızlar oduna keçirlər

Qaz pulu ödəməyə gücü çatmayan fransızlar oduna keçirlər

Tarix: 29 Avqust 2022 14:28

Fransa sakinləri qaz və elektrik enerjisinin bahalaşması fonunda daha çox odun almağa başlayıb. 

Məlumata görə, ağac emalı müəssisələri tam gücü ilə işləməyə məcbur qalıblar, çünki sifarişlərin sayı xeyli artıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, odunun qiymətləri də son iki ildə orta hesabla 20% artıb.

Bəzi zavodlarda 1 kub odunun qiyməti 85 avro (144 manat) təşkil edir ki, bu da ötən illə müqayisədə 10 avro (16,9 manat) bahadır. 

Bununla belə, odun qaz və ya elektrik enerjisindən daha ucuz başa gəlir.


Etiketlər:  pulu ödəməyə gücü çatmayan fransızlar oduna keçirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ