Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzaladı - RƏSMİ

''Qarabağ''dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzaladı - RƏSMİ

Tarix: 30 Avqust 2022 12:16

"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.

Milli.Az "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.

Ona göstərdiyi xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib. Vadji yeni komandasında da 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Milli.Az


Etiketlər:  Qarabağdan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzaladı RƏSMİ


RƏYLƏR