Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Tarix: 30 Avqust 2022 14:21

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi


RƏYLƏR