Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyundan sonra xəyallar qurmaq haqda düşünə bilərik''

''Qarabağ''la oyundan sonra xəyallar qurmaq haqda düşünə bilərik''

Tarix: 27 Sentyabr 2019 14:12

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Düdelanj”ın futbolçusu Çarles Morren turnirlərindəki mübarizələrindən danışıb.

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Lüksemburq mətbuatına açıqlamasında qısaca "Qarabağ"la qarşıdakı oyuna da toxunub:

“Hər kəs “Düdelanj”ın sürpriz edə biləcəyini, eyni zamanda, böyük hesabla məğlub ola biləcəyini bilir. Evdə “Qarabağ”la keçirəcəyimiz oyunun nəticəsini gözləmək lazımdır. Ondan sonra daha böyük xəyallar qurmaq haqda düşünə bilərik, görəcəyik”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu oktyabrın 3-də, Lüksemburqda keçiriləcək.

 


Etiketlər:  Qarabağla oyundan sonra xəyallar qurmaq haqda düşünə bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ