Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib

Tarix: 1 Sentyabr 2022 09:22

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

"Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.

Milli.Az


Etiketlər:  Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib


RƏYLƏR