Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Doqquz yaşlı qız uşaq meydançasında öldü

Doqquz yaşlı qız uşaq meydançasında öldü

Tarix: 1 Sentyabr 2022 14:32

Rusiyada Kemerovo vilayətinin Treşevski kəndində doqquz yaşlı qız uşaq meydançasına düşən turnik altında qalaraq ölüb.

Milli.Az bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, həmin gün rusiyalı qız yaşıdları ilə həyətdə gəzib. Uşaqlar oyun meydançasının ətrafında qaçıblar və sonra bir-birinə bərkidilmiş çoxlu turniklərdən ibarət "Rukohod" idman avadanlığında oynamaq qərarına gəliblər.

Qız dostları ilə avadanlıq ətrafında hərəkət edib. Düşən turnik məktəbli qızın başına dəyib. Qız aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb. 

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Doqquz yaşlı qız uşaq meydançasında öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ