Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tez-tez isti çay və ya qəhvə içmək bu xəstəliyi yaradır - Xəbərdarlıq

Tez-tez isti çay və ya qəhvə içmək bu xəstəliyi yaradır - Xəbərdarlıq

Tarix: 1 Sentyabr 2022 21:06

Müntəzəm olaraq isti çay və ya qəhvə içmək yemək borusu xərçəngi riskini artırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kembric Universitetində bu yaxınlarda aparılan araşdırmalar göstərib ki, isti içkilərdən istifadə insanın özofagus xərçənginə tutulma riskini demək olar ki, üç dəfə artırır.

Tədqiqatçılar İngiltərədə 500.000-ə yaxın insanın sağlamlıq qeydlərini təhlil edərək daha çox qəhvə içən insanlarda xərçəng riskinin artdığını aşkar ediblər.

Alimlər qəhvə və çay istehlak edənlərin isti içki içməyənlərə nisbətən 2,8 dəfə daha yüksək riskə malik olduğunu müəyyənləşdiriblər.

Bundan əlavə, isti qəhvə içənlərin 5,5, ilıq qəhvə içənlərin isə 2,7 dəfə daha çox risk altında olduğu söylənilib.

Alimlərin fikirlərinə görə, isti içkilər hüceyrələrin daim yenilənməsinə səbəb olur və bu da hüceyrələri xərçəngə çevirə bilir.

Memorial Sloan Kettering Xərçəng Mərkəzinin onkoloq və qastroenteroloqu Smita Coşi hər kəsə qəhvə və ya çay içərkən onun bir neçə saniyə ərzində soyumasını gözləməyi tövsiyə edir.

Qeyd edək ki, tədqiqat üçün sorğuda bir insanın nə qədər qəhvə içdiyinə dair məlumatlar yer almır.

Milli.Az


Etiketlər:  isti çay qəhvə içmək xəstəliyi yaradır Xəbərdarlıq


RƏYLƏR