Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Futbol Federasiyasının binasına atəş açanlar tutulub - YENİLƏNİB

Türkiyə Futbol Federasiyasının binasına atəş açanlar tutulub - YENİLƏNİB

Tarix: 1 Sentyabr 2022 23:02

Türkiyə Futbol Federasiyasının İstanbuldakı baş ofisinə hücum etməkdə şübhəli bilinən iki şəxs polis tərəfindən saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədəTürkiyənin Daxili işlər naziri Suleyman Soylu mətbuata açıqlamasında bildirib.

O, saxlanılan şəxslərin sərxoş olduqlarını qeyd edib.

21:11

Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum edilib.

Yerli vaxtla 17:50-18:00 aralığında TFF binası odlu silahdan iki dəfə atəşə tutulub.

Mərmilərdən birinin prezidentin əyləşdiyi otağa, birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir.

Silahlılar daha sonra maşına əyləşərək hadisə yerindən qaçıblar. İnsident nəticəsində ölən və ya yararlanan olmayıb. Polis araşdırmaya başlayıb.

Milli.Az


Etiketlər:  Türkiyə Futbol Federasiyasının binasına atəş açanlar tutulub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ