Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi: Sənəddə nələr əks olunacaq? - AÇIQLAMA

Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi: Sənəddə nələr əks olunacaq? - AÇIQLAMA

Tarix: 1 Sentyabr 2022 22:03

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Dördüncü Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işləmək üçün qrupların yaradılması ilə bağlı razılıq əldə olunub.

Baku TV-yə danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov post-münaqişə dövründə iki ölkə arasında mühüm sənəd olacaq sülh müqaviləsində nələrin əks olunacağına münasibət bildirib.

"İlk növbədə ərazi bütövlüyü, suverenliyi iki ölkənin müstəqilliyi əks olunmalıdır. Sülh müqaviləsinin məqsədi ondan ibarətdir ki, qarşı tərəflə normal qonşuluq siyasəti qurulsun. O cümlədən müqavilədə birmənalı olaraq demarkasiya, delimitasiya, dəhlizlərin açılması, nəqliyyat sisteminin yaradılması öz əksini tapmalıdır. Ermənistanın rəhbəri bu müqavilənin onlar üçün sərfəli olduğunu anlasa danışıqlar daha tez bitə bilər", - deyə sabiq nazir qeyd edib.

Milli.Az


Etiketlər:  Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi Sənəddə nələr əks olunacaq AÇIQLAMA


RƏYLƏR