Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu sazişin qüvvədən düşməsi barədə Protokol təsdiqləndi

Bu sazişin qüvvədən düşməsi barədə Protokol təsdiqləndi

Tarix: 3 Sentyabr 2022 16:15

Prezident İlham Əliyev "1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş"in qüvvədən düşməsi barədə" Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş"in qüvvədən düşməsi barədə" Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.

Milli.Az


Etiketlər:  Bu sazişin qüvvədən düşməsi barədə Protokol təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ