Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 18:32
Sumqayıtda yeni yaşayış kompleksinin sakinləri şəhərin mərkəzinə getmək üçün hər gün bir xeyli əsəb keçirməli olurlar. İstifadədə olan marşrut xəttində avtobusların sayı o qədər azdır ki, vətəndaşlar 40 dəqiqə, 1 saat dayanacaqda gözləməli olur. Avtobusu tapanda isə, minmək müşkülə çevrilir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu problemin yaranmasına səbəb avtobuslar arasında intervalın böyük olmasıdır.
''Stansiya Sumqayıt'' ərazisində yerləşən şəhərciyin sakinlərinin sözlərinə görə, hər dəfə şəhərin mərkəzinə getmək istətyəndə uzun müddət yollarda gözləməli olurlar. Bəzən məcburiyyətdən taksidən istifadə edirlər.
Sözügedən marşrut xətti Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır.
Nəqliyyat 1 MMC-nin qaraj rəisi Sirac Səfərov bildirib ki, problemin səbəbi sürücü çatışmazlığıdır. Nəticədə bəzi avtobuslar qarajda qalıb və xəttə buraxılmır.
Sirac Səfərov əlavə edib ki, problem aradan qaldırıldıqdan sonra avtobusların sayı artırılacaq.