Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkədə tanış olduğu azyaşlı qıza əxlaqsızlıq edərək videoya çəkdi - Sabunçuda ŞOK

Sosial şəbəkədə tanış olduğu azyaşlı qıza əxlaqsızlıq edərək videoya çəkdi - Sabunçuda ŞOK

Tarix: 5 Sentyabr 2022 11:30

Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Ənvər Dadaşov yetkinlik yaşına çatmayan Gülşənə (adlar şərti verilib - red.) əxlaqsız hərəkətlər edib.  

Sonxeber.net Bizim.Media-ya istinadən bildirir ki, hadisə bu il aprel ayının 1-də Zabrat qəsəbəsində baş verib.

Ənvər özünə məxsus "Skoda Rapid" markalı avtomobilin arxa oturacağında cinsi ehtirasını təmin etmək məqsədilə Gülşənin öz razılığı ilə əxlaqsız hərəkətlər edib. İstintaq orqanı tərəfindən Ənvərin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

O bildirib ki, 2021-ci il iyulun əvvəllərində "İnstaqram" sosial şəbəkəsində Gülşən adlı qızla tanış olub:

"Gülşənin yaşını soruşmasam da, onun azyaşlı olduğunu bilirdim. Onun fotoşəkillərinə baxmışdım və ondan çox xoşum gəlmişdi. Gülşən ilə "İnstaqram" sosial şəbəkəsində bir müddət yazışdıqdan sonra görüşmək qərarına gəldik.

İlk olaraq birinci dəfə Gülşən ilə 20 iyul 2021-ci ildə Zabrat qəsəbəsi, İstixana Kombinatında görüşdük. Gülşən idarə etdiyim "Skoda Rapid" markalı avtomobilimə əyləşdi. Gülşən ilə bir az söhbət etdikdən sonra onu evlərinə yola saldım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün aralarında hər hansı bir münasibət olmayıb:

"Gülşənlə yalnız söhbət etdik. Sonra Gülşən ilə yenə də İnstagram sosial şəbəkəsində danışarkən aramızda müəyyən anlaşılmazlıq olduğu üçün sözlə mübahisə etdik. Gülşən profilimi blok etdi. Sonra başqa profil açaraq Gülşənə yazdım və nə üçün məni blok etdiyini, onunla yenidən görüşmək istədiyimi bildirdim. Lakin Gülşən cavab yazmadı. Bir neçə gün keçdikdən sonra Gülşənlə yenidən danışmağa başladıq".

Ənvər qeyd edib ki, 1 aprel 2022-ci ildə Gülşən ona yazaraq görüşmək istədiyini bildirib:

"Mən də razılaşdım. Həmin gün onunla Zabrat qəsəbəsində İstixana yolunda görüşdük. Gülşən yenidən idarə etdiyim avtomobilimə əyləşdi. Gülşənin razılığı ilə ona yaxınlaşdım. Azyaşlı olduğu üçün onunla cinsi əlaqədə olmadım. Gülşən xahişimlə intim hərəkətlərimizi mobil telefonla videoya çəkdi".
Ənvər ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş tərəfdən etdiyi əmələ görə üzr istədiyini deyib.

Bu cinayət işinə Sabunçu rayonu Məhkəməsində baxlılıb. Məhkəmənin hökmü ilə Ənvər 2 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Sosial şəbəkədə tanış olduğu azyaşlı qıza əxlaqsızlıq edərək videoya çəkdi Sabunçuda ŞOK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ