Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azarkeş ''Beşiktaş''ın futbolçularına hücum etdi - FOTO

Azarkeş ''Beşiktaş''ın futbolçularına hücum etdi - FOTO

Tarix: 5 Sentyabr 2022 19:02

"Ankaragücü" - "Beşiktaş" matçının sonunda meydana daxil olan azarkeş "Beşiktaş"ın futbolçuları Salih Uçan və Cenk Tosunu təpiklə vurub.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edərək hücumu həyata keçirən tərəfdarı çölə çıxarıblar.

Salih Uçana təpik atan tərəfdara müdaxilə edən Josef de Souzaya qırmızı vərəqə göstərilib.

Hadisə ilə bağlı İstanbul təmsilçisi tvitter hesabında "Futbolçularımıza edilənlər qəbuledilməzdir. Proseslərin gedişini nəzərdə saxlayırıq!", - deyə bildirilib.

"Ankaragücü"nün prezidenti Faruk Koca baş verənlərə görə İstanbul təmsilçisindən üzr istəyib.

Təpik zərbəsinə məruz qalan Cenk Tosun "Oyunu keçdim, ya qalib olursan, ya da məğlub. Ancaq matçdan sonra baş verənlər qəbuledilməzdir. Çox sayda polis və təhlükəsizlik var. Necə olur ki, azarkeşlər bizim yanımıza qədər gəlib zərbə ilə hücum edirlər?", deyə qeyd edib.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının V tur oyununda "Ankaragücü"nü 3:2 hesabı ilə məğlub edib.


Etiketlər:  Azarkeş Beşiktaşın futbolçularına hücum etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ