Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 00:46
Meksikalı 20 yaşlı Vivian Vayz Ruisvelasko gecə klubunda olarkən uşaq dünyaya gətirməyə başlayıb və yalnız bundan sonra hamilə olduğunu bilib.
Sonxeber.net bildirir ki, bu barədə "7News" xəbər verir.
Qız doğuşdan iki gün əvvəl özünü pis hiss etdiyini, ancaq rəfiqəsinin ad gününü təbrik etmək üçün gecə klubuna gəldiyini deyib. Şənlik zamanı Vayz çanaq və qarnında şiddətli ağrılar hiss etməyə başlayıb. O, evə gedib yatmağa qərar verib, lakin səhər qəribə simptomlar yox olmayıb, ağrılar güclənib.
Vayzın görüşdüyü oğlan onu xəstəxanaya aparıb. Qız ginekoloqun müayinəsindən keçib və doğuş sancısının başladığını bildirib. "Bir çox səbəbdən şoka düşdüm. Məsələn, düşündüm ki, uşaqla hər şey qaydasındadırmı, onunla nə edəcəm, çünki həyatımda heç vaxt uşaq olmayıb". - deyə Vayz xatırlayıb.
Həkimlər qıza qeysəriyyə əməliyyatı ediblər. Onun oğlu Matias dünyaya gəlib. Vayz və sevgilisi oğlan doğulduqdan sonra qarışıq hisslər yaşayıblar. "Ağrı və ya başqa bir şey hiss etmədim, amma sevgilim şokda idi. Körpə üçün əşyalara ehtiyacımız olduğu üçün tələsmək lazım idi. O, çox qorxurdu, amma mən onu başa düşürdüm", - qız deyib.
Gənc ananın TikTok-da hekayəsini paylaşması izləyicilərin sərt reaksiyasına səbəb olub. Bəzi abunəçilər qızın yalan danışdığını, bəziləri isə onu başa düşdüklərini bildiriblər. "Eyni şey mənim ilk doğuşum zamanı da başıma gəldi. Qızımı dünyaya gətirənə qədər hamilə olduğumu bilmirdim", - deyə bir qadın şərh edib.
Vayz etiraf edib ki, əvvəlcə uşağa alışmaq onun üçün çətin olub, lakin o, tez yeni həyata uyğunlaşıb. "O, mənim oğlum, ortağım və həyatımın sevgisidir. Bu, açığı, mənim başıma gələ biləcək ən yaxşı və ən gözlənilməz şeydir", - qız deyib.
İrfan Vəliyev