Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serialın çəkiliş meydançasında yanğın baş verdi: Film gerçək oldu - VİDEO

Serialın çəkiliş meydançasında yanğın baş verdi: Film gerçək oldu - VİDEO

Tarix: 7 Sentyabr 2022 17:46

Türkiyədə ssenari müəllifi və baş rol ifaçısı müğənni Aydın Aydın olan "Tırpankeş" filminin çəkiliş meydançasında yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmdə canlandırılan yanğın səhnəsi həqiqi yanğına çevrilib. Hadisənin qarşısını almaq mümkün olmadıqda böyük panika yaşanıb.

Serialda pandemiya dövründə kəndlərini tərk edib şəhərə köçən və sonra evlərinə geri dönən insanların həyatından bəhs edilir. Kəndlilərin yaşadığı çətinliklər və bu səbəbdən bir-biriləri ilə münaqişələri canlandırılır.

Mövzu ilə bağlı açıqlama verən Aydın Aydın ot tayası yandırıldığı zaman bölgədəki qurudulmuş otların nəzərə alınmadığını bildirib.

"Çəkiliş qrupu və işçilər vedrə və kürəklərlə yanğını söndürməyə çalışdılar. Lakin buna nail olmadıqda yanğınsöndürən briqadası müdaxilə etdi. Ətrafdakı saralmış otlar tamamilə yanaraq kül olub. Dəyən zərəri mən qarşılayacağam", - deyə Aydın qeyd edib.

Milli.Az


Etiketlər:  Serialın çəkiliş meydançasında yanğın baş verdi Film gerçək oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ