Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İsmail Xətibə sanksiyalar tətbiq etdi

ABŞ İsmail Xətibə sanksiyalar tətbiq etdi

Tarix: 9 Sentyabr 2022 22:44

ABŞ administrasiyası İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə və nazir İsmail Xətibə sanksiya tətbiq etmək qərarına gəlib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada sözügedən sanksiya qərarının səbəbi kimi ABŞ və müttəfiqlərinə qarşı zərərli kiber fəaliyyət göstərilib.

Bəyanatda həmçinin İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin 2007-ci ildən bəri dünya üzrə bir sıra dövlət və özəl təşkilatları və müxtəlif əsas infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirdiyi vurğulanıb.

Qeyd edilib ki, hakerlər Albaniya hökumətinə aid olduğu güman edilən sənədlərin və vətəndaşlara aid şəxsi məlumatların sızdırılmasına görə məsuliyyət daşıyırlar.

Milli.Az


Etiketlər:  ABŞ İsmail Xətibə sanksiyalar tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ