Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin Aya daha üç missiya planlaşdırır

Çin Aya daha üç missiya  planlaşdırır

Tarix: 10 Sentyabr 2022 20:00

Çin peyk resurslarının inkişafı proqramı çərçivəsində yaxın 10 il ərzində Aya üç pilotsuz uçuş həyata keçirməyi planlaşdırır.

Bu barədə ÇXR Ay Tədqiqatları və Kosmik Proqramlar Mərkəzindən bildirilib.

Qərar Çinin "Change-5" missiyası zamanı Ay qruntunda əvvəllər məlum olmayan mineral aşkar etməsi ilə bağlı məlumatın yayımasından bir gün sonra açıqlanıb.

Pekin "Changesite-(Y)" adlanan bu daşdan enerji mənbəyi kimi istifadəyə ümid edir.

"Bu, insanlar tərəfindən Ayda kəşf edilən altıncı yeni mineraldır. Ölkəmiz dünyada yeni mineral kəşf edən üçüncü ölkə oldu", - deyə Çinin Milli Kosmik İdarəsindən bildirilib.

Milli.Az


Etiketlər:  Çin Aya daha üç missiya planlaşdırır


RƏYLƏR