Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada qazın qiyməti 2 000 dollara enib

Avropada qazın qiyməti 2 000 dollara enib

Tarix: 13 Sentyabr 2022 13:48

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarına enib.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, 12 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 000,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 152 dollar) ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Milli.Az


Etiketlər:  Avropada qazın qiyməti 2 000 dollara enib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ