Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərhəddəki döyüşlərin səbəbləri və nəticələri: nəyə nail olduq?

Sərhəddəki döyüşlərin səbəbləri və nəticələri: nəyə nail olduq?

Tarix: 13 Sentyabr 2022 22:27

Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər, Zəngilan rayonlarındakı mövqelərimizə hücumunun, habelə artilleriya vasitələri və iriçaplı silahlardan atəşə tutmasının qarşısının alınması üçün həyata keçirilmiş əməliyyatlar strateji baxımdan kamil, taktiki baxımdan isə uğurludur.

Belə ki, düşmənə qarşı antiterror əməliyyatı nəticəsində Azərbaycanla Ermənistan arasında hələ də delimitasiya və demarkasiya edilməmiş sərhəd boyunca 100 kvadrat kilometr ərazi azad olunub.

Ərazilərin sahəsi ilə yanaşı, onların strateji baxımdan önəmi də çox mühümdür.

Hərbçilərimizin yeni mövqeləri ermənilərin "Cermuq" adlandırdıqları, Qərbi Azərbaycanın məşhur kurortu olan İstisudan cəmi 150 metr aralıdadır.

İrəvan-Gorus avtomobil yolu da hərbçilərizin birbaşa atəş nəzarətindədir.

Azərbaycan Ordusu 42, Dövlət Sərhəd Xidməti 8 şəhid verdi.

Xalqımızın bağrından qoparaq şəhidliyə ucalanların şücaətini, qəhrəmanlığını və misilsiz igidliyini dəyərləndirmək çətin, onların yaşamını qaytarmaq və ailələrinin kədərini təlafi etmək mümkünsüzdüür təbii.

Lakin hərb elminin və hərbi əməliyyatların qanunları var.

Sürətli antiterror əməliyyatını qısa müddətdə itkisiz reallışdırmaq real deyil. Üstəlik, düşmənin mövqeləri mürəkkəb dağlıq ərazilərdə idi.

Buna rəğmən, Ermənistan Silahlı Qüvvələrinin itkilərini dəfələrlə artıqdır.

Ermənistanın baş naziri Nikol Paşinyan "42 hərbçimiz həlak olub, bu, itkilərin son rəqəmi deyil" söyləsə də, təqribən 200 erməni hərbçinin cəhənnəmə vasil olduğu söylənir.

Bundan başqa, Ermənistan Müdafiə Nazirliyinin Laçın, Kəlbəcər və Zəngilan rayonlarında illərdən bəri inşa etdiyi müdafiə məntəqələri, hərbi hissələr və obyektlər darmadağın edildi.

Həmin obyektlər sürəkli olaraq ölkəmiz və vətəndaşlarımız üçün təhdid idi.

Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükı yarada bilməyəcək.

Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 zeenit-raket kompleksi, 12 postu məhv edildi.

Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa,  yeni hərbi əməliyyatlara, hücuma  hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənəstanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat bu gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Milli.Az


Etiketlər:  Sərhəddəki döyüşlərin səbəbləri nəticələri nəyə nail olduq


RƏYLƏR