Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 07:52
Bakı, Trend:
Amerikanın geyim və aksesuar mağazalar şəbəkəsi olan "Forever 21" müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Trend-in məlumatına görə, bu barədə bazar günü şirkətin saytında dərc olunan bəyanatda deyilir.
Qeyd edək ki, sənəddən göründüyü kimi ABŞ-dakı mağazalarının bir hissəsi bağlanacaq. Digərləri isə öz fəaliyyətini davam etdirəcəkdir. "Forever 21" rəhbərliyi biznesi yenidən qazanclı etmək üçün yenidən qurulmaq niyyətindədir. CNN-in məlumatına görə, 800 mağazadan 180-ə qədəri bağlanacaq. Ticarət şəbəkəsi 1984-cü ildə qurulmuşdur. Baş ofisi Los-Ancelesin Kaliforniya ştatında yerləşir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin