Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 09:18
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1973-cü il təvəllüdlü Əliyarov Tariyel Rüstəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin