Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

Tarix: 16 Sentyabr 2022 12:46

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Milli.Az


Etiketlər:  Şənbə günü hava necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ