Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 14:28
Bakıda avqust ayında mənzil bazarında qiymət artımları davam edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Sonxeber.net-a verilən məlumata görə, qiyməti 150 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.
Qiyməti 150 min manatadək olan mənzillərin qiymətində 6 faiz artım qeydə alınıb. 150-250 min manat qiymət aralığında təklif olunan mənzillər 5 faiz dəyər qazanıb.
Əvvəlki aylardan fərqli olaraq avqust ayında daha bahalı mənzillərin qiymətində də 3 faiz artım qeydə alınıb.