Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Bu, ölkəmizə olan hörmətin göstəricisidir

Prezident: Bu, ölkəmizə olan hörmətin göstəricisidir

Tarix: 16 Sentyabr 2022 16:45

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bildirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə 2023-cü ilə qədər daha bir il uzadıldığını qeyd edən dövlətimizin başçısı deyib: "Bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək".


Etiketlər:  Prezident ölkəmizə olan hörmətin göstəricisidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ