Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 19:50
Ukraynada ən pis ssenari olacağı təqdirdə NATO Rusiya ilə müharibəyə girməyə hazır olmayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun Avropada Müttəfiq Qüvvələrin komandanının müavini olmuş general Riçard Şirreff deyib.
O bildirib ki, Ukrayna əks-hücumunun uğuru ABŞ və Britaniyanın hərbi yardımının sübutudur:
Onun sözlərinə görə, bu, Kiyevi dəstəkləmək üçün ittifaqdakı tərəddüdlü ölkələrə, xüsusən də "son dərəcə miskin almanlara" güclü siqnal verə bilər.
Şirreff müharibənin Ukraynadan kənara çıxacağı təqdirdə alyansın hərəkətə keçə bilməyəcəyindən ehtiyat etdiyini də söyləyib.