Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 07:56
İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu fikirləri ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman "The Washington Post" qəzetinə müsahibəsində deyib.
"Biz çıxılmaz vəziyyətdəyik - o mənada ki, danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu, bizim üçün qəbuledilməzdir", - Şerman bildirib.
O, ABŞ-ın təslim olmaq niyyətində olmadığını vurğulayıb.
"Biz razılaşmanın olub-olmamasından asılı olmayaraq istənilən nəticəyə hazırıq", - Dövlət katibinin müavini qeyd edib.