Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkərandakı "Samovar" abidəsinin müəllifi vəfat etdi

Lənkərandakı

Tarix: 17 Sentyabr 2022 10:27

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki,o, ötən gün 69 yaşında dünyasını dəyişib.

M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. O, həmçinin Lənkəranın girişində yerləşən "Samovar" abidəsinin müəllifi olub.

Milli.Az


Etiketlər:  Lənkərandakı Samovar abidəsinin müəllifi vəfat etdi


RƏYLƏR