Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 16:06
Aktrisa Nilperi Şahinkaya içkili halda onu təhqir edən həmkarı Burak Denizi bağışlamayıb.
Sonxeber.net olay-a istinadən yazır ki, bununla bağlı jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, davadan sonra Nilperi B. Denizi məhkəməyə verəcəyini açıqlayıb.
Qeyd edək ki, hadisə Adanada oteldə olub. Belə ki, içkili olan aktyor masada sevgilisi ilə əyləşən Şahinkayanı narahat edib. Bundan sonra cütlük məkanı tərk etmək istəyib. Bu zaman Burak Nilperini təhqir edib. Aktrisanın sevgilisi buna görə Denizə hücum edib. Ətrafdakılar davanı ayıra bilib.