Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 08:03
BMT-nin baş katibi Antonio Quterreş və Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell Ukraynadakı vəziyyəti müzakirə edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Baş katib Aİ Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrel ilə görüşüb", - deyə məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər Ukrayna ətrafındakı vəziyyətin regional və qlobal təsirini müzakirə ediblər.